Videoyazıcı sistemin ürəyidir: kameralardan gələn görüntünü diskə yazır, arxivi saxlayır və telefondan baxışı təmin edir. Kanal sayı eyni anda qoşula bilən kamera sayını göstərir.
PoE portları olan modellərdə kamera üçün ayrıca qida lazım deyil — bir kabel həm görüntünü, həm enerjini aparır. Bu, quraşdırmanı ucuzlaşdırır və kabel sayını yarıya endirir.
Nəzarət diski (HDD) — 24/7 yazı üçün xüsusi seriya, adi kompüter diski deyil
Proqramlar: telefonda Hik-Connect, kompüterdə iVMS-4200 və HikCentral
Daha çox göstər
Tez-tez verilən suallarQiymətə nə daxildir?
Qiymətə yalnız yazıcının özü daxildir. Disk, kameralar, kabel və quraşdırma ayrıca hesablanır. Dəst şəklində götürəndə ümumi məbləğ daha sərfəli çıxır — neçə kamera planlaşdırdığınızı deyin, tam dəsti hesablayaq.
Neçə kanallı yazıcı seçim?
Kanal sayı kamera sayına bərabər olmalıdır. 4 kamera üçün 4 kanallı kifayətdir, amma sonradan genişlənmə planlaşdırırsınızsa 8 kanallı almaq daha sərfəlidir — sonra yazıcını dəyişmək lazım gəlmir.
Neçə gün arxiv saxlayır?
24/7 yazıda təxminən: 2 TB disk 4 kamera üçün 30 gün, 4 TB isə 8 kamera üçün təxminən eyni müddət saxlayır. Yaddaş dolanda ən köhnə yazı avtomatik silinir. Konkret müddət lazımdırsa deyin — disk həcmini hesablayaq.
Telefondan izləmək olarmı?
Bəli, pulsuz Hik-Connect tətbiqi ilə — canlı yayım, arxiv və hərəkət bildirişləri. Quraşdırma zamanı tətbiqi telefonunuza biz qururuq, bu işə daxildir.
Saytdakı qiymət aktualdırmı?
Bəli. Saytdakı qiymətlər mütəmadi yenilənir və gördüyünüz məbləğ həmin an üçün qüvvədədir. Məhsul bitibsə və ya qiymət dəyişibsə, bunu sifarişi rəsmiləşdirməzdən əvvəl bildiririk — ödənişdən sonra deyil.
Hissə-hissə (taksitlə) almaq olar?
Bəli. BirKart və TamKart ilə 35 ayadək rəsmiləşdiririk. Sənəddən yalnız şəxsiyyət vəsiqəsi kifayətdir — əmək haqqı arayışı və zamin tələb olunmur.
Zəmanət nə qədərdir, servis haradadır?
Standart zəmanət 2 ildən başlayır, ayrı məhsullarda 5 ilədək ola bilər — dəqiq müddəti sifariş zamanı menecerdən öyrənə bilərsiniz. Hikcenter Azərbaycanda rəsmi Hikvision mərkəzidir, ona görə zəmanət üzrə servis və dəyişdirmə Bakıdakı öz mərkəzimizdə aparılır — xaricə göndərmək lazım gəlmir.
Ödəniş və çatdırılma necədir?
Nağd, kartla və ya bank köçürməsi ilə ödəyə bilərsiniz; saytdakı qiymətlərə ƏDV daxildir, hüquqi şəxslərə sənəd təqdim olunur. Bakı üzrə çatdırılma pulsuzdur, anbarda olan mal 2 saat ərzində çatdırılır; regionlara kargo ilə göndərilir. Özünüz də götürə bilərsiniz: Bakı, Xətai prospekti 41C.
Rəylər
Hələ ki, rəy yoxdur.